2025-ci ilin yanvar-iyun ayları üzrə ən çox gəlir əldə edən şirkətlərin adları məlum olub.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul buraxılışında bildirilir.
Məlumata görə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC,"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti,"UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-DALĞIC" MMC, "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan MR Dövlət Energetika Xidməti.
Mayya Hüseynova