AZ

ABŞ-nin F-35 qırıcısı qəzaya uğradı

BAKI. 31 iyul. TELEQRAF

Amerikanın beşinci nəsil “F-35” qırıcısı Kaliforniya ştatında qəzaya uğrayıb.

Bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Məlumata görə, insident ştatın mərkəzi hissəsində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin “Lemur” hava stansiyasının yaxınlığında baş verib.

Təyyarə tarlaya düşüb, pilot katapult edib, həyatı təhlükədə deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
21
7
teleqraf.com

10Mənbələr