Sea Breeze

İyul ayının 27-də Azərbaycan sərhədini qanunsuz şəkildə pozmağa çalışan şəxslər saxlanılıb.

Bununla bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi yayıb.

Məlumatda bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində üç nəfər Əlcəzair vətəndaşı – 1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tacedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Coudı Abdulxani, “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə bir nəfər Şri-Lanka vətəndaşı Udula İmanthalanka dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri davam еtdirilir.

ETX
ETX
ETX