AZ

"Neftçi" "Fomget"ə qarşı - ÇL

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 4-cü qrupunda ilk oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun komandası Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək. Albaniyanın paytaxtı Tiranada keçiriləcək görüş Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

30 iyul
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, 4-cü qrup
Fomget (Türkiyə) - Neftçi

Baş hakim: Hanna Layanen (İsveç).
Tirana. "House of Football Natural Pitch" stadionu. Saat 20.00.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə üstün olacaq tərəf 2-ci təsnifat mərhələsinə adlayacaq.

Seçilən
34
14
football-plus.az

10Mənbələr