Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 4-cü qrupunda ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin “Fomget” komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Albaniyanın paytaxtı Tiranada keçirilib. Bakı vaxtı ilə saat 20:00-da start götürmüş matçı isveçli Hanna Layanen idarə edib. Görüş “ağ-qaralar”ın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. Təmsilçimiz qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi “Kiryat”la üz-üzə gələcəkdi. Amma bu hüquqa “Fomget” komandası yiyələnib. Bu görüşdə üstün olacaq tərəf 2-ci təsnifat mərhələsinə adlayacaq. Azərbaycan təmsilçisi isə mübarizəni startdaca dayandırmalı olub.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, 4-cü qrup
30 iyul
Fomget – Neftçi 2:0
Baş hakim: Hanna Layanen (İsveç).
Tirana. “House of Football Natural Pitch” stadionu.