AZ

“Neftçi” UEFA Çempionlar Liqasında Türkiyə klubuna qarşı

Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 4-cü qrupunda ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin “Fomget” komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Albaniyanın paytaxtı Tiranada keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçı isveçli Hanna Layanen idarə edəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. “Neftçi” qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi “Kiryat”la üz-üzə gələcək. Bu görüşdə üstün olacaq tərəf 2-ci təsnifat mərhələsinə adlayacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, 4-cü qrup
30 iyul

20:00. Fomget – Neftçi
Baş hakim: Hanna Layanen (İsveç).
Tirana. “House of Football Natural Pitch” stadionu.

Seçilən
53
3
arena.az

10Mənbələr