AZ

Moldova prezidenti seçkilərə müdaxilə ilə bağlı fövqəladə iclas çağırıb

Moldova prezidenti Maia Sandu iyulun 30-da seçki prosesinə xarici müdaxilə səbəbindən ölkənin Ali Təhlükəsizlik Şurasının iclasını çağıracaq...

Poliqon xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

Bəyanatda bildirilir ki, iclasda Moldovada informasiya manipulyasiyası və seçki prosesinə xarici müdaxilə ilə mübarizə tədbirləri nəzərdən keçiriləcək.

Moldovada parlament seçkiləri sentyabrın 28-də keçiriləcək. Ölkənin Mərkəzi Seçki Komissiyası yüz minlərlə moldovanın yaşadığı Rusiyada seçkilər üçün cəmi iki seçki məntəqəsi açmağı planlaşdırır.

Poliqon.info 

Seçilən
21
14
poliqon.info

10Mənbələr