AZ

Sandu: Rusiya Moldova üzərində nəzarəti ələ almağa çalışır




Moldova Prezidenti Maya Sandu müxalifət qüvvələrini Rusiyaya işləməkdə və parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmağa cəhd etməkdə ittiham edib.

aia.az Moldova mediasına istinadən xəbər verir ki, o, bunu səsvermə prosesinə xarici müdaxilə məsələsinin müzakirə olunduğu Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Rusiya bu payızdan etibarən Moldova Respublikası üzərində nəzarət qurmaq üçün seçkilərə misli görünməmiş müdaxilə hazırlayır", - o deyib.

M.Sandu qeyd edib ki, Rusiya ölkədə "ödənişli etirazlar" təşkil etməyə hazırlaşır və "Avropa İttifaqına inteqrasiyanın tərəfdarı olan siyasətçilər, ictimai xadimlər və jurnalistləri qaralama" kampaniyasına başlayıb.

Onun sözlərinə görə, bu prosesdə Moldova pravoslav kilsəsinin bəzi keşişləri də iştirak edir.

aia.az



Seçilən
64
2
aia.az

10Mənbələr