Rusiyanın Moldovadakı parlament seçkilərinə müdaxilə etməyə hazırlaşdığı iddia edilir.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu deyib.
Onun sözlərinə görə, guya seçki korrupsiyasının maliyyələşdirilməsi təkcə kriptovalyuta vasitəsilə təxminən 100 milyon avro təşkil edir. Sandu əlavə edib ki, Rusiya Moldovadakı siyasi qurumlardan seçkilərin nəticələrinə təsir göstərmək üçün istifadə edir, həmçinin bəzi müstəqil deputat namizədlərinə dəstək olur. Lakin o bütün bunlara dair heç bir sənəd və ya başqa sübut təqdim etməyib.
Bundan əvvəl Moldova XİN parlament seçkiləri ərəfəsində Rusiyada yaşayan Moldova vətəndaşları üçün cəmi iki seçki məntəqəsinin açılmasını təklif etmişdi.
Qeyd olunub ki, seçkilər 28 sentyabrda keçiriləcək.
"Cebheinfo.az"