AZ

“Neftçi” Çempionlar Liqasında ilk oyununa çıxır

“Neftçi”nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 4-cü qrupunda ilk oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Türkiyənin “Fomget” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Albaniyanın paytaxtı Tiranada keçiriləcək. Saat 20:00-da start götürəcək matçı isveçli Hanna Layanen idarə edəcək.

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. “Neftçi” qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi “Kiryat”la üz-üzə gələcək. Bu görüşdə üstün olacaq tərəf 2-ci təsnifat mərhələsinə adlayacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, 4-cü qrup

20:00. Fomget (Türkiyə) – Neftçi
Baş hakim: Hanna Layanen (İsveç).
Tirana. “House of Football Natural Pitch” stadionu

Seçilən
33
3
idmanxeber.az

10Mənbələr