AZ

Astarada 55 yaşlı qadın qətlə yetirilib

Astarada qadın qətlə yetirilib.

 

"Report"un verdiyi xəbərə görə, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.

 

Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

 

Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.

Seçilən
56
23
senzor.az

10Mənbələr