Kamçatkada qeydə alınan zəlzələ 8,7 bal gücündə olub.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Bildirilib ki, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.