Rusiyanın Kamçatka yarımadasında yenidən güclü zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
Yeraltı təkan 6,5 bal gücündə qeydə alınıb. Zəlzələnin yenidən ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib.
Qeyd edək ki, bu gün Kamçatkada 8,7 bal gücündə zəlzələ olub.