Kamçatkada güclü zəlzələ baş verib.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (RAS) Kamçatka bölməsi məlumat yayıb.
Məlumatına görə, Kamçatka sahillərində 6,5 bal gücündə yeni zəlzələ qeydə alınıb.
Bəzi yerlərdə binaların titrəməsi müşahidə olunub.
Ölkənin Fövqəladə Hallar Nazirliyi təkrar təkanların ola biləcəyi barədə xəbərdarlıq edərək, sakinləri diqqətli olmağa çağırıb.