AZ

"Neftçi" Çempionlar Liqasında mübarizəyə başlayır

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayan "ağ-qaralar" Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək. 

4-cü qrupda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv qardaş ölkə təmsilçisi ilə Albaniyanın paytaxtı Tiranada münasibətlərinə aydınlıq gətirəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçın start fitini isveçli Hanna Layanen səsləndirəcək.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarətdir. "Neftçi" "Fomget"i məğlub edəcəyi halda, həlledici görüşdə İsrailin "Kiryat" kollektivi ilə qarşılaşacaq. Bu görüşdə üstün olacaq tərəf 2-ci təsnifat mərhələsinə adlayacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
30 iyul

20:00. "Fomget" (Türkiyə) - "Neftçi"
Baş hakim: Hanna Layanen (İsveç).
Tirana. "House of Football Natural Pitch" stadionu

Seçilən
7
14
fanat.az

10Mənbələr