Astarada qadın qətlə yetirilib. 1news.az-ın "Report"a istinadən əldə etdiyi xəbərə görə, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib. Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.