Astarada qadın qətlə yetirilib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib.
Belə ki, 1970-cı il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.