Rusiyada 8.8 ballıq zəlzələ baş verib.
Azreform.info NTV-yə istinadla xəbər verir ki, zəlzələ Kamçatka yaramadasında qeydə alınıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yer səthinə yaxın olub.
Daha sonra güclü sunami xəbərdarlığı edilib.
Rusiyanın vilayət qubernatoru çoxsaylı yaralıların olduğunu açıqlayıb. Uşaq bağçasına ziyan dəydiyi bildirilir.
Rusiyanın vilayət qubernatoru Kamçatka sahillərində baş verən zəlzələnin son illərdə baş verən ən güclü zəlzələ olduğunu bildirib.
2000 nəfərin yaşadığı Severo-Kurilsk şəhəri də təxliyə edilib.
Təbii fəlakətdən sonra ən güclü 7 bal gücündə çoxsaylı afterşoklar baş verib.
2-5 bal arasında dəyişən 30 afterşokun qeydə alındığı açıqlanıb.
Qeyd edək ki, ötən həftə Kamçatka yarımadasında 7,6 bal gücündə zəlzələ baş verib.
Billurə
Holy Toledo! The sheer intensity and energy exploding from this quake. ?
— MaryMacElveen ???? (@MaryMacElveen) July 30, 2025
From Bob Corona@Bob_Corona_MD Here On X:
8.7 mag earthquake in Russia. Tsunami warnings and watches. pic.twitter.com/oQq5eRjnY5