AZ

ABŞ Çini daha az inkişaf etmiş Nvidia çipləri ilə təmin edəcək

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp və onun administrasiyası daha az inkişaf etmiş Nvidia çiplərinin tədarükünə icazə vermək qərarına gəlib.

Bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett bildirib.

"Prezident Tramp və komandası bütün amilləri diqqətlə araşdırdıqdan sonra Nvidia çiplərinin tədarükünə icazə vermək qərarına gəliblər. Ən yaxşı çiplərimizi saxlayarkən Çinin daha az inkişaf etmiş çiplərimizi almasına icazə vermək, məncə, müdrik qərardır”, - deyə o qeyd edib.

Hassettin sözlərinə görə, Vaşinqton Çinin öz daxili bazarında monopoliya yaratmasını istəmir: "Biz istəmirik ki, Çin çip istehsalı yarışında qabağa getsin, inhisardan bütün gəlirləri götürsün və sonra bizi ötmək üçün istifadə etsin”.

///Report

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
azxeber.com

10Mənbələr