Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 27,6 faiz artaraq 2,08 milyard dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
İxrac – idxal:
Azərbaycandan Çinə ixrac: 46,2 milyon dollar (+4,3 dəfə)
Çindən Azərbaycana idxal: 2,04 milyard dollar (+25,5 faiz)
Cari ilin ilk 6 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 8,56 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,04 faiz bəndi çoxdur.