AZ

Qəzzada ölənlərin sayı 60 minə çatır



İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 59 587 nəfərə çatıb
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 89 nəfər artaraq 59 587 nəfərə çatıb.
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 59 587 nəfərə çatıb
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, son 24 saatda Qəzza xəstəxanalarına 89 ölü və 453 yaralı gətirilib.

Yanvarın 19-da razılaşdırılan atəşkəsin dayandırılmasından sonra İsrail ordusunun Qəzzada martın 18-dən bu yana başlatdığı hücumlarda 8447 fələstinlinin öldüyü, 31457 fələstinlinin isə yaralandığı bildirilib.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 59 587 nəfərə, yaralıların sayının isə 143 498 nəfərə yüksəldiyi bildirilir.

Qeyd edək ki, mayın 27-dən bu yana İsrailin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondu tərəfindən humanitar yardım adı altında Qəzzada fələstinliləri hədəf alan sistematik hücumlar 23 artaraq 1083-ə, yaralıların sayı isə 7275-ə çatıb.

Qəzza zolağında minlərlə ölü hələ də dağıntılar altında qaldığı bildirilir.
Seçilən
165
36
newscenter.az

10Mənbələr