Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,4 dəfəyədək artaraq 96,3 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
İxrac – idxal:
Azərbaycandan Avstriyaya ixrac: 43,3 milyon dollar (+21,1 dəfə)
Avstriyadan Azərbaycana idxal: 52,9 milyon dollar (+38 faiz)
Cari ilin ilk altı ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Avstriya ilə ticarətin payı 0,39 faiz təşkil edib.