AZ

STAR neft emalı zavodu may ayında neft idxalını azaldıb

Bakı. Trend:

Azərbaycana məxsus Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan vəTürkiyədə yerləşən STAR Neft Emalı Zavodu 2025-ci ilin may ayında796 302 ton xam neft idxal edib. Bu göstərici 2024-cü ilin may ayıilə (973 110 ton) müqayisədə 18,2 faiz azalma deməkdir.

Bu barədə TrendTürkiyənin Enerji Bazarlarını Tənzimləmə İdarəsinin (EPDK)məlumatlarına istinadla xəbər verir.

Məlumata görə, qeyd olunan dövrdə zavod təxminən 530 633 tondizel yanacağı istehsal edib, onun da 5 179 tona yaxını biodizeltərkibli olub.

İstehsalat həmçinin 199 547 ton aviasiya yanacağı, 137 022 tonnafta və 61 630 ton neft koksu istehsalını əhatə edib. Bundanəlavə, zavodda 21 962 ton mayeləşdirilmiş neft qazı (LPG) və 7 423tona yaxın yüksək kükürdlü dizel yanacağı da istehsal olunub.

Onu da qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci iloktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı iləneft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyəiqtisadiyyatının real sektorunda ən böyük investisiyalayihəsidir.

2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağıdaxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illiknafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksininxammal tələbatını tam şəkildə qarşılayır.

Məqalədə:
Seçilən
33
3
az.trend.az

4Mənbələr