Bakı. Trend:
Azərbaycanın dövlət neft şirkəti SOCAR-a məxsus Türkiyədəyerləşən “STAR” Neft Emalı Zavodu aviasiya yanacağı istehsalını ikidəfədən çox artırıb.
Bu barədə TrendTürkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumunun (EPDK)məlumatlarına istinadən xəbər verir.
Məlumata əsasən, 2025-ci ilin aprel ayında zavod təxminən 179440 ton aviasiya yanacağı istehsal edib. Bu göstərici 2024-cü ilineyni dövründəki 85 896 tonla müqayisədə əhəmiyyətli artımdır.
Qeyd edək ki, 2025-ci ilin aprel ayında “STAR” zavodu 932 104tondan çox neft idxal edib ki, bu da 2024-cü ilin aprelindəki 863654 tonla müqayisədə 7,9 faiz çoxdur.
Onu da qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci iloktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı iləneft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyəiqtisadiyyatının real sektorunda ən böyük investisiyalayihəsidir.
2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağıdaxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illiknafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksininxammal tələbatını tam şəkildə qarşılayır.