Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan vəTürkiyədə yerləşən STAR Neft Emalı Zavodu 2025-ci ilin may ayındanafta istehsalını artırıb.
Trend bu haqdaTürkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK)istinadla xəbər verir.
Dərc olunan məlumatlara əsasən, cari ilin may ayında zavodda 137022 ton nafta istehsal olunub ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə (118 392 ton) 15,7 faiz çoxdur.
Qeyd edək ki, STAR zavodu hesabat dövründə – 2025-ci ilin mayayında – 796 302 ton xam neft idxal edib. Bu göstərici 2024-cü ilinmay ayı ilə müqayisədə (973 110 ton) 18,2 faiz azalma deməkdir.
Onu da qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci iloktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı iləneft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyəiqtisadiyyatının real sektorunda ən böyük investisiyalayihəsidir.
2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağıdaxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illiknafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksininxammal tələbatını tam şəkildə qarşılayır.