AZ

Niqab taxmaq qadağan edilir - Səbəbi açıqlandı

Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edilməsini ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edib.

Publika.az xəbər verir ki, bu barədə "Polisia.kz" hüquq-mühafizə portalı məlumat yayıb.

Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi və ictimai asayişin təmin edilməsi olduğu bildirilib.

Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir.

İnsanın üzünü örtməyən hicab kimi dini geyim elementlərinə yeni qanunda toxunulmur.

Seçilən
21
9
publika.az

10Mənbələr