AZ

Türk ölkəsində niqab qadağan edildi

Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edib.

Turkustan.az lent.az-a istinadən bildirir ki, bu qərar ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edilib.

Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi, həmçinin ictimai asayişin təmin edilməsi olduğu bildirilib.

Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir.

Üzü örtməyən hicab və ya şila kimi dini geyim elementləri yeni qanunla əhatə olunmur.

İyunun sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin, xüsusən də hicabın geyinilməsini qadağan edən qanun imzalayıb.

Seçilən
33
9
turkustan.az

10Mənbələr