Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edib.
Referans lent.az-a istinadən bildirir ki, bu qərar ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edilib.
Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi, həmçinin ictimai asayişin təmin edilməsi olduğu bildirilib.
Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir.
Üzü örtməyən hicab və ya şila kimi dini geyim elementləri yeni qanunla əhatə olunmur.
İyunun sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin, xüsusən də hicabın geyinilməsini qadağan edən qanun imzalayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta