AZ

Türk ölkəsində niqab qadağan edildi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu qərar ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edilib.

Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi, həmçinin ictimai asayişin təmin edilməsi olduğu bildirilib.

Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir.

Üzü örtməyən hicab və ya şila kimi dini geyim elementləri yeni qanunla əhatə olunmur.

İyunun sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin, xüsusən də hicabın geyinilməsini qadağan edən qanun imzalayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
5
globalinfo.az

6Mənbələr