AZ

Araz-Naxçıvan" "Aris" üzərində qələbə qazandı -

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"ə qalib gəlib. Metbuat.az xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.Qarşılaşmada hesabı qonaqlar açıblar. 66-cı dəqiqədə Moron Loren fərqlənib. Bununla belə özündə güc tapan meydan sahibləri 75-ci dəqiqədə Felipe Santosun, 3 dəqiqə sonra isə Patrik Andradenin qoluna seviniblər.

Qeyd edək ki, tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.

Seçilən
92
8
metbuat.az

8Mənbələr