"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"ə qalib gəlib...
"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.
Qarşılaşmada hesabı qonaqlar açıblar. 66-cı dəqiqədə Moron Loren fərqlənib. Bununla belə özündə güc tapan meydan sahibləri 75-ci dəqiqədə Felipe Santosun, 3 dəqiqə sonra isə Patrik Andradenin qoluna seviniblər.
Qeyd edək ki, tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununda üçüncü qol vurulub.
“Report”un məlumatına görə, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmada təmsilçimiz hesabda irəli çıxıb - 2:1.
"Araz-Naxçıvan"ın heyətində 78-ci dəqiqədə Patrik Andrade fərqlənib.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununda ikinci qol vurulub.
“Report”un məlumatına görə, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmada təmsilçimiz hesabı bərabərləşdirib - 1:1.
"Araz-Naxçıvan"ın heyətində 75-ci dəqiqədə Felipe Santos fərqlənib.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununda ikinci hissə başlayıb.
“Report”un məlumatına görə, "Dalğa Arena" stadionunda davam edən qarşılaşmada hesab açılmayıb.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununda birinci hissə başa çatıb.
“Report”un məlumatına görə, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmanın ilk yarısında hesab açılmayıb.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyunu start götürüb.
“Report”un məlumatına görə, matç "Dalğa Arena" stadionunda keçirilir.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.
Poliqon.info