AZ

Konfrans Liqası: “Araz-Naxçıvan” qalib gəldi

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"ə qalib gəlib.

Yenisabah.az xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 66-cı dəqiqədə Moron Loren fərqlənib. Bununla belə özündə güc tapan meydan sahibləri 75-ci dəqiqədə Felipe Santosun, 3 dəqiqə sonra isə Patrik Andradenin qoluna seviniblər. pizza

Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.


Telegram kanalımız
Seçilən
103
8
yenisabah.az

8Mənbələr