Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycana 3 ölkədən dəyəri 1,075milyon ABŞ dolları olan 876,8 ton mühərrik benzinləri, tərkibindəqurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çoxoktan ədədi ilə (Aİ-98) benzin idxal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 135 min ABŞ dolları və ya 11,2%, həcm baxımındanisə 110,1 ton və ya 11,1% azdır.
2025-ci ilin ilk 5 ayında Azərbaycanın “Aİ-98” markalı benzinaldığı ölkələr:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) |
Rusiya | 240,11 | 294,37 |
Bolqarıstan | 295,15 | 361,85 |
Rumıniya | 341,6 | 418,8 |