AZ

“Aİ-98” markalı benzin ilə bağlı YENİ XƏBƏR – CƏDVƏL

Bu ilin yanvar-may aylarında Azərbaycana 3 ölkədən dəyəri 1,075 milyon ABŞ dolları olan 876,8 ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə (Aİ-98) benzin idxal edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 135 min ABŞ dolları və ya 11,2%, həcm baxımından isə 110,1 ton və ya 11,1% azdır.

2025-ci ilin ilk 5 ayında Azərbaycanın “Aİ-98” markalı benzin aldığı ölkələr:

Ölkələr Miqdar (ton) Məbləğ (min ABŞ dolları)
Rusiya 240,11 294,37
Bolqarıstan 295,15 361,85
Rumıniya 341,6 418,8
Seçilən
70
6
editor.az

7Mənbələr