AZ

“Aİ-98” markalı benzin ilə bağlı YENİ XƏBƏR - CƏDVƏL

Bu ilin yanvar-may aylarında Azərbaycana 3 ölkədən dəyəri 1,075 milyon ABŞ dolları olan 876,8 ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə (Aİ-98) benzin idxal edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 135 min ABŞ dolları və ya 11,2%, həcm baxımından isə 110,1 ton və ya 11,1% azdır.

2025-ci ilin ilk 5 ayında Azərbaycanın "Aİ-98" markalı benzin aldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Rusiya

240,11

294,37

Bolqarıstan

295,15

361,85

Rumıniya

341,6

418,8

Seçilən
72
6
news24.az

7Mənbələr