AZ

Avropa Birliyinin sanksiyasına düşmüş Azərbaycan şirkəti kimindir...


Azərbaycanda qeydiyyatdan keçən “Aqua Fleet Management” şirkəti Rusiya nefti daşıdığına görə sanksiyaya məruz qalıb

Məlum olduğu kimi, Avropa İttifaqının son sanksiyaları daha çox Rusiyanın neft-qaz ixracatını əhatə edir. Avropa İttifaqı və ABŞ Rusiyanın əsas gəlir mənbəyi olan neft və qaz ixracatını əngəlləməklə iqtisadiyyatını çökdurməyə çalışır. Hazırda dünya öz ticarət və sənaye zəncirini Rusiyadan yan keçməklə qurmaqdadır.

Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar çərçivəsində 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.

Bu barədə Avropa İttifaqı Şurasının Rusiya Federasiyasına qarşı sanksiyalar paketinin tətbiqi ilə bağlı rəsmi jurnalında bildirilib. Həmin şirkətlər Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Sinqapur və Mavrikiyaya məxsusdur.

Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə daxil olan Azərbaycanın “Aqua Fleet Management” şirkəti 2024-cü ilin avqustunda 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsipçisi gürcü əsilli Azərbaycan vətəndaşı Kaxaber İremadzedir.

Şirkət rəsmən Sumqayıt şəhəri, Sülh küçəsi, ev 5, mənzil 25 ümvanı ilə qeydiyyatdan keçib

"Aqua Fleet Management" neft və neft məhsullarının daşınması ilə məşğuldur. Şirkət "Saurri" və "Ederra" adlı neft daşıyan tankeri, eləcə də "Temirro" mayeləşdirilmis qaz (LNG) daşıyan gəmini idarə edir. Açıq mənbələrdə qeyd edilir ki, gəmilər beynəlxalq sularda Kamerun bayrağı altında üzür.

Aİ-nin məlumatına görə, "Aqua Fleet Management" (Azərbaycan) şirkətinin sanksiyaya məruz qalmış "Ederra" (IMO 9258026), "Sauri" (IMO 9266475) və "Temiro" (IMO 9209972) gəmilərindən ibarət donanması Rusiyaya məxsus neft, neft məhsulları və mayeləşdirilmiş qaz (LNG) daşıyırmış. Ona görə də Azərbaycanda qeydiyyatdan keçmiş “Aqua Fleet Management” şirkəti Aİ-nin sanksiyalar siyahısına daxil edilib.

Əslində burada hədəf Azərbaycan dövləti deyil. Avropa İttifaqının Rusiyaya qarşı tətbiq edilən 18 sanksiyalar paketində, hətta Avropa və Amerika şirkətlərinin də adı keçib. Bu isə heç də o demək deyil ki, Avropa İttifaqı özü-özünə və ya ABŞ-a qarşı sanksiya tətbiq edir.

Hətta Aİ eyni məqsədlə öz ölkələrinə də zaman-zaman sanksiya tətbiq edib. Məsələn, 17-ci sanksiya paketində nəzərdə tutulur ki, Avropa Birliyinin heç bir üzvü 2027-ci ilin 1 yanvarından etibarən Rusiyadan qaz ala bilməz. Yəni Avropa İttifaqı Rusiyanın imkanlarını məhdudlaşdırmaq üçün, hətta bu birliyə daxil olan ölkələrə belə sanksiya qoyur.

Akif NƏSİRLİ

phrase_var_article.chosen
41
17
baki-xeber.com

10phrase_var_article.sources