Əvəzedicilər Liqasında mübarizə aparan “Neftçi” klubunun ikinci komandasının məşqçisi Anar Vəliyev paytaxt təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 2021-ci ildən “Neftçi” Futbol Akademiyasında çalışan Anar Vəliyev 2022/2023-cü illər mövsümündən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi olub.
O, Əvəzedicilər Liqasının qızıl (2023/2024), gümüş (2024/2025) və Birinci Divizionun gümüş (2022/2023) medallarını qazanıb.