AZ

Yunanıstan turistlər üçün “kruiz” vergisinin tətbiqinə başlayıb

Bakı. Trend:

Bazar ertəsindən etibarən xarici turistlərin Yunanıstanınadalarına kruiz səyahəti əlavə xərclər tələb edəcək. Belə ki,iyulun 21-də ölkədə “kruiz vergisi” haqda qanun qüvvəyə minib.

Trend bu barədə"Euronews" telekanalına istinadən məlumat verir.

Rəsmi Afina kruiz vergisini rəsmi olaraq “dayanıqlı turizmvergisi” adlandırır. Verginin məbləği mövsümdən və limandan asılıolaraq dəyişir.

Ən yüksək “kruiz vergiləri” nəhəng turizm axınının olduğuMikonos və Santorini adalarında tətbiq olunur. Təkcə ötən ilsözügedən adaya 768 kruiz gəmisi və 1.29 milyona yaxın turistgəlib.

İyunun 1-dən sentyabrın 30-a kimi davam edən yay mövsümlərindəturistlər Mikonos və Santorini adalarının limanlarında 20 avro“kruiz vergisi” ödəməli olacaq. Digər limanlarda bu, 5 avrocivarında olacaq.

1 aprel 31 may aralığında olan müddətdə isə turistlər Mikonos vəSantorinidə 12 avro, digər limanlarda isə 3 avro ödəməyə məcburolacaq.

Məqalədə:
Seçilən
32
15
az.trend.az

10Mənbələr