AZ

Kaliforniyada poçt idarəsinin yanmasına səbəb olan sürücü saxlanıldı

BAKI, 21 iyul. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında avtomobilin poçt şöbəsinə daxil olması yanğına səbəb olub.

Teleraf xəbər verir ki, məlumatı "New York Times" qəzeti yayıb.

Sürücü maşını Kaliforniyanın San-Xose şəhərindəki poçt şöbəsinə sürüb və söndürülməsi 90 dəqiqədən çox davam edən yanğına səbəb olub.

Xilasedicilər dərhal hadisə yerinə gəlib və yanğının qarşısı alınıb.

Hadisə nəticəsində itki olmayıb. Artıq hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib. Hazırda onun motivi məlum deyil, lakin yerli hüquq-mühafizə orqanları artıq araşdırma aparır.

Seçilən
58
50
teleqraf.com

10Mənbələr