ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zaqatala şəhəri ərazisində yanğın olub. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında Zaqatala şəhəri Əhməd Mahmudov küçəsində kol-kos, xırda ağaclıq olan ərazidə yanğın baş verib.Yanğın genişlənərək yaxınlıqdakı evlərə və obyektlərə keçməsinin qarşısı alınıb.Yanğın nəticəsində 300 kv/m sahədə kol-kos, xırda ağaclar və məişət tullantıları yanıb.Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.