Bu gün İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, püşk nəticəsində Azərbaycanın bu yarışdakı yeganə təmsilçisi "Qarabağ"ın potensial rəqibi müəyyənləşəcək.
Təbii ki, Ağdam klubu öncə ikinci təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubunu mübarizədən kənarlaşdırmalıdır.
Əgər Qurban Qurbanovun yetirmələri bu vəzifənin öhdəsindən gələ bilsələr, aşağıdakı komandalardan biri ilə qarşılaşacaqlar:
"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi
"Hamrun Spartans" (Malta) - "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi
"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi
"Lex" (Polşa) - "Breydablik" (İslandiya) cütünün qalibi
RFS (Latviya) - "Malmö" (İsveç) cütünün qalibi
KuPS (Finlandiya) - "Kayrat" (Qazaxıstan) cütünün qalibi
Bakı vaxtı ilə saat 10:30-da potensial rəqiblərin sayı yarıbayarı azalacaq.
Püşkatma mərasimi saat 14:00-da başlanacaq.