AZ

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibi bəlli oldu

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki,  püşkatma zamanı Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubuna məğlub olacağı təqdirdə, mübarizəsini Avropa Liqasında davam etdirəcək.

Bu halda Qurban Qurbanovun komandası III təsnifat mərhələsində “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün uduzanı ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.

Seçilən
32
50
90deqiqe.az

10Mənbələr