AZ

Azərbaycan klublarının Konfrans Liqasında potensial rəqibləri müəyyənləşdi

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

QOL.az xəbər verir ki, tədbirdə Azərbaycanı bu yarışda təmsil edən "Sabah", "Zirə" və "Araz Naxçıvan"ın rəqibləri də bəlli olub.

Konfrans Liqasının 2-ci mərhələnin “Petrokub” (Moldova) - “Sabah” cütünün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

"Zirə" (Azərbaycan) - "Hayduk" (Xorvatiya) cütünün qalibi "Atletik Klub d’Escaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibinə rəqib olub.

Oyunlar 7 və 14 avqustda keçiriləcək. 
Seçilən
42
6
sherg.az

10Mənbələr