AZ

“Mançester Yunayted” Qyökeres üçün 80 milyon avro təklif edib

“Mançester Yunayted” “Sportinq” klubunun hücumçusu Viktor Qyökeresin transferi üçün danışıqlara başlayıb.

90deqiqe.Az-ın “Record” nəşrinə istinadən yaydığı xəbərə görə, İngiltərə nəhəngi 27 yaşlı forvard üçün 80 milyon avro ödəməyə hazırdır.

Lakin bir müddət əvvəl isveçlinin nümayəndələri futbolçunun “Mançester Yunayted”ə keçməkdə maraqlı olmadığını bildiriblər. Hücumçu Çempionlar Liqasında oynamaq və böyük titullar uğrunda mübarizə aparmaq istədiyi üçün “Arsenal”a keçməyi üstün tutur.

Qeyd edək ki, daha əvvəl Qyökeresin “Arsenal”a transferinin baş tutmamaq təhlükəsi ilə üzləşdiyini də yazmışdı.

Ötən mövsüm Viktor Qyökeres “Sportinq”in heyətində 52 oyuna çıxıb, 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı təcrübəli hücumçunu 75 milyon avro dəyərində qiymətləndirir.

phrase_var_article.chosen
58
36
90deqiqe.az

10phrase_var_article.sources