AZ

Saul Niqes “Atletiko”nu “Trabzonspor”a dəyişir

Uzun illər “Atletiko” Madridin şərəfini qoruyan yarımmüdafiəçi Saul Niqes karyerasında yeni mərhələyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu Madrid klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edəcək və karyerasını Türkiyədə davam etdirəcək.

İspaniyalı futbolçunun Super Liqa təmsilçisi “Trabzonspor” ilə razılığa gəlib. Təcrübəli futbolçu yaxın günlərdə yeni klubla 4 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, Saul Niqes 2013-cü ildən bəri “Atletiko”nun əsas komandasında çıxış edir. Bu müddət ərzində o, 427 oyunda meydana çıxaraq 48 qola və 26 məhsuldar ötürməyə imza atıb.

Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 3 milyon avrodur.

phrase_var_article.chosen
69
2
90deqiqe.az

3phrase_var_article.sources