AZ

Saul Nyiges Türkiyə klubunda

"Atletiko Madrid"in yarımmüdafiəçisi Saul Nyiges karyerasını Türkiyədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, sözügedən futbolçu "Trabzonspor"a keçmək üzrədir. Mənbə Super Liqa klubunun növbəti həftə yeni transferini açıqlayacağını vurğulayıb.

Qeyd edək ki, Nyiges 2008-ci ildən "Atletiko"nun şərəfini qoruyur. O, Madrid təmsilçisinin heyətində 6 titul qazanıb. 30 yaşlı oyunçu ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

Nihat

phrase_var_article.chosen
14
2
fanat.az

3phrase_var_article.sources