“Atletiko Madrid” klubunun yarımmüdafiəçisi Saul Niqes karyerasını Braziliyada davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Flamenqo” ilə danışıqlar yekun mərhələyə çatıb və tərəflər razılığa yaxınlaşır.
Daha əvvəl 30 yaşlı futbolçu Türkiyənin aparıcı klublarından biri olan “Trabzonspor”un təklifini rədd etmişdi.
Saulun “Atletiko” ilə mövcud müqaviləsi daha bir il qüvvədədir. O, ötən mövsümü icarə əsasında “Sevilya”da keçirmişdi.
Xatırladaq ki, “Flamengo” yay transfer pəncərəsində artıq mərkəz xəttini gücləndirib — klub “Çelsi” və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Jorjinyo ilə anlaşmışdı. Saul isə “Atletiko”nun əsas heyətində 2012-ci ildən çıxış edir.