AZ

İranın şimalında 5,2 bal gücündə zəlzələ baş verib

İranın şimal bölgəsində zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Bildirilir ki, yeraltı təkanların gücü 5,2 bal təşkil edib. Zəlzələnin episentri təxminən 244 min nəfər əhalisi olan Qorqan şəhərindən 46 kilometr şərqdə, yerin 7 kilometr dərinliyində yerləşib.

Hazırda təbii fəlakət nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az

Seçilən
126
50
milli.az

10Mənbələr