Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
"Amma bütün bunlara baxmayaraq, Rusiya hələ də Cənubi Qafqaz məsələsində son dərəcə titiz davranır və istəmir ki, burada hansısa Qərb gücü və ya ABŞ öz təsir dairəsini genişləndirsin. Bu məsələdə Rusiya narazılığını qan bahasına ifadə etməyə hazırdır. Yəni, hər an Cənubi Qafqazı qan çanağına çevirə bilər. Bu ssenarini mümkünsüz hesab edənlər Ukrayna məsələsinə bir daha nəzər salmalıdırlar.
Məsələn, Azərbaycan və Ermənistan tərəfləri bir çox məsələdə ikitərəfli razılığa gəlsələr də, Zəngəzur dəhlizi məsələsində hələ də müəyyən təzadlar qalır. Bu da məhz yuxarıda sadalanan səbəblərlə bağlıdır. Üstəlik, burada Türkiyə faktoru da var. Türkiyə, Cənubi Qafqazın siyasi həyatında ciddi dəyişikliklərə səbəb olacaq uğurlar əldə edib. Azərbaycan–Türkiyə müttəfiqliyi 2020-ci il müharibəsindəki qələbə ilə bir neçə onillik reallığı dəyişib və yeni bir status-kvo formalaşdırıb".
O bildirib ki, rəsmi Ankara da istəməyəcək ki, ABŞ və ya başqa bir dördüncü-beşinci ölkə Zəngəzur dəhlizi məsələsində əsas söz sahibi olsun:
"Hazırda ABŞ yalnız müvəqqəti olaraq vasitəçi mövqeyindən çıxış edə bilər. Bu isə, əlbəttə ki, 100 illik bir proses olmayacaq. Burada ABŞ müəyyən qədər iştirak edə, amma tam nəzarət sahibi ola bilməz. Ən yaxşı halda, tərəfdaş kimi çıxış edəcək.
Bu tərəfdaşlıq gələcəkdə beynəlxalq status da qazana bilər. Amma bu regionu nə birbaşa ABŞ-a, nə Rusiyaya, nə də Türkiyəyə tam şəkildə vermək mümkün deyil. Çünki birinə üstünlük verildikdə, digərləri narazı qalacaq. Bu isə həm sülh prosesinin dayandırılmasına, həm də yeni problemlərin yaranmasına səbəb ola bilər.
Azərbaycan və Ermənistan tərəfi də bu həqiqətləri yaxşı dərk edir. Ona görə də indi daha uyğun bir model üzərində işləyirlər. Bu model zamanla beynəlxalq təşkilat şəklində və ya şirkətlər konsorsiumu formatında reallaşa bilər".
Politoloq qeyd edib ki, ABŞ artıq bir neçə dəfə Cənubi Qafqaza nüfuz etməyə çalışsa da, uğur qazana bilməyib:
"Lakin bu gün kifayət qədər aktiv oyunçuya çevrilib. Bu isə bir nöqtədə həm də problemli məsələ kimi qəbul edilməlidir.
Nə Rusiya, nə İran, nə də Türkiyə bu vəziyyətlə razılaşacaq. Ona görə də Azərbaycan olaraq biz Amerikanın Cənubi Qafqazdakı mövqelərini balanslı şəkildə qiymətləndirməliyik. Nə ABŞ-ın regiondan tam uzaqlaşdırılmasına imkan verməliyik, nə də onun təsir gücünün o qədər artmasına icazə verməliyik ki, Rusiya və İran bunu qısqanclıqla qarşılasın.
Çünki Cənubi Qafqazı qorumaq vacibdir. Bu, bizim evimizdir. Mən məsələyə yalnız Azərbaycan nöqteyi-nəzərindən yox, bütün region baxımından yanaşıram.
Çünki Azərbaycan demək – Cənubi Qafqaz deməkdir. Əgər burada güclü bir Azərbaycan dövləti olmasa, nə müstəqillikdən, nə də suverenlikdən danışmaq olar. Cənubi Qafqazın gələcəyini müəyyənləşdirə biləcək, onun suverenliyini və müstəqilliyini qoruyacaq yeganə güc Azərbaycan dövlətidir. Buna görə də biz bu gün yalnız Azərbaycanı deyil, bütün regionu qorumağa çalışmalıyıq.
Bu məqsədə çatmağın yeganə yolu – heç bir tərəfin Cənubi Qafqaza düşmən münasibət bəsləməsinə şərait yaratmamaqdır. Rusiya bizim düşmənimizdir – bu, danılmazdır və biz bunu açıq şəkildə deyirik. Amma bu o demək deyil ki, münasibətləri tam kəsməli və Rusiya ilə açıq düşmənə çevrilməliyik. Reallıqları nəzərə almaq vacibdir.
İranda hökm sürən fars rejimi də Azərbaycanın varlığını həmişə təhlükə kimi qəbul edib və edəcək. Bu da bir həqiqətdir. Amma bu o demək deyil ki, biz mütləq düşmənçiliyə getməliyik.
İndiki şəraitdə Cənubi Qafqaz üçün ən yaxşı ssenari olan sülh, sabitlik və tərəfdaşlıqdır. Bu isə yalnız bir şərtlə mümkündür: heç bir güc burada tam dominanta çevrilməməlidir. Həmçinin, heç bir güc tamamilə arxa plana atılıb, Cənubi Qafqazdan uzaqlaşdırılmamalıdır".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
sitat.infoMünasibətlərin gərginləşməsində Rusiya məsuliyyət daşıyır: Deputatdan mühüm açıqlama ( 19508465)
-
sitat.infoMünasibətlərin gərginləşməsində Rusiya məsuliyyət daşıyır: Deputatdan mühüm açıqlama ( 19508144)
-
demokrat.azPolitoloq: Rusiya mediası özünü müstəqil dövlət mövqeyindən çıxış edən qurum kimi aparmır ( 19507403)
-
demokrat.azPolitoloq: "Rusiya mediası özünü müstəqil dövlət mövqeyindən çıxış edən qurum kimi aparmır" ( 19507241)
-
demokrat.az"Hazırda ABŞ yalnız müvəqqəti olaraq vasitəçi mövqeyindən çıxış edə bilər" — ŞƏRH ( 19426850)
-
sitat.infoRusiya İsrailin Suriyaya hücumlarını pislədi ( 19367380)
-
demokrat.azAzərbaycanlıların həbs müddəti uzadıldı: "Rəsmi Bakı bu məsələdə tam haqlı və ardıcıl mövqe sərgiləyir" ( 19331944)
-
demokrat.azPolitoloq: "Rusiyanın etdiklərinin səbəblərindən biri də Zəngəzur dəhlizi məsələsidir" ( 19307074)
-
demokrat.azMətbuat Şurasında "Sputnik Azərbaycan"la bağlı durum müzakirə edildi ( 19275916)
-
musavat.comKreml təmizləmələri: Rublovka bölgəsində müəmmalı ölümlər – qisas, susdurma, yoxsa hakimiyyətin daxili savaşı? ( 19244833)