AZ

Xəyanəti ilə dünyada gündəm olan şirkət CEO-su ilk dəfə danışdı - VİDEO

ABŞ-nin Boston şəhərində keçirilən "Coldplay" konsertində xəyanəti ifşa olan “Astronomer” İT şirkətinin CEO-su Endi Bayron səssizliyini pozub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, konsertin canlı yayım kamerasına iş yoldaşı qucaqlaşarkən yaxalanan CEO həyat yoldaşından və iş yoldaşlarından üzr istəyib:

"Bu məyusedici anı etiraf edirəm. Musiqi və sevinc dolu gecədə olması gərəkən şey çox şəxsi bir xətanın ictimaiyyətə açıq səhnədə səhnələşməsinə döndü. Həyat yoldaşımdan, ailəmdən və "Astronomer" komandasından səmimi qəlbdən üzr istəyirəm. Bu mənim olmaq istədiyim adam deyil. Mən məxfiliyi tələb edirəm”.

CEO-nun açıqlamasından sonra şirkət daxilində ciddi narahatlıqların olduğu bildirilir. HR meneceri Kristin Kabotun da vəzifəsini tərk edib-etməyəcəyi ilə bağlı fərziyyələr var və iş dünyasında yenidən etik mübahisələr üzə çıxıb.

Qeyd edək ki, konsert zamanı “Astronomer”in baş direktoru Endi Bayronun qucaqlaşdığı şəxs həmin şirkətin İnsan Resursları Meneceri Kristin Kabot olub.

Billurə Yunus

 


 

Seçilən
60
35
olke.az

10Mənbələr